Maraqli

Baki Semasinda Allah Kelimesi


Bakı səmasında Allah kəlməsi Psixoloq bunu fantaziya, dindarlar isə xəbərdarlıq hesab edir Bazar axşamı, təqribən saat 17.50-də Bakı sakinləri maraqlı təbiət hadisəsi ilə üzləşiblər. Şəhər səmasındakı buludlar arasındakı "Allahu Əkbər" yazısı aydın oxunub. Yazı aydın, ərəb hərfləri isə sanki xəttat qələmindən çıxmış qədər səlis olub. Dindarlar bu kəlmələrin səmada, buludların arasında peyda olmasını Allahın istəyi və müsəlmanlara ismarıc kimi qəbul edirlər. Səmadakı olay barədə "Kavkaz Center" saytına xəbər yollamış Bakı sakini də baş vermiş hadisənin fotoşəklini çəkib. Mütəxəssislər isə bildirirlər ki, buludların arasında "Allahu Əkbər" sözlərinin oxunması dindar vətəndaşlarımızın səmadakı buludlarını düzümünü görmək istədikləri hərflərə oxşatmalarının nəticəsidir. Təbiətdə belə hadisələrə tez-tez rast gəlindiyi deyən metereroloqlar buludların düzümünün hansısa işarət olmsı barədə iddiaları səsləndirməyi fanatizm nişanəsi sayırlar. "Yaxşı yadımdadır, ötən əsrin 80-ci illərində Bakının "Sovetski" küçəsində adamlar divarlarda peyğəmbərlərin kölgələrini görürdülər. Yüzlərlə, minlərlə insan həmin küçəyə axışıb o evlərin divarlarındakı kölgəyə bənzər rəsmlərə baxırdılar. Rəsmlər kölgə də olsa, çox dəqiq, sanki əllə çəkilmiş kimi idi. Lakin az sonra Azərbaycanın Dövlət Təhlükəsizlik Nazirliyi bu faktı araşdırmağa başladı və məlum oldu ki, həmin kölgələri İranın Bakıdakı agentləri xüsusi kinoproyektorlar vasitəsilə divarlara salırmış. İndi səmada "Allahu Əkbər" kəlmələrinin "görünməsi" əslində zəngin fantaziyanın məhsuludur. Dindar və mömin vətəndaşlarımızın hissləri ilə oynamaq fikrindən çox uzağam, lakin təbiət hadisələrini bu sayaq qəbul edərək qələmə vermək sadəlövhlükdür. Allah var və o, sonsuz qüdrət sahibidir. Onun belə işarətləri olmur. Olanda da çox dəqiq, aşkar şəkildə təzahür edir", - psixoloq Mais Quliyev söyləyir. Dindar vətəndaşlarımız isə bu açıqlamanı "sadəlövhlük, ateizm və bisavadlıq" sayırlar. Hacı Seymur Qurbanovun dediyinə görə, Bakı səmasındakı "Allahu Əkbər" kəlmələrini o da görüb və dərhal salavat çevirib. "Allah-Təala ya çox sevdiyi bəndələrinə, ya da günahlarının sayını artırmağa başlamış şəxslərə belə işarətlər verir. Görünür, şəhərdə möminlərin sayı artdıqca, günah işlər tutanların da sayı çoxalır və Allah-Təala bu minvalla, bu yolla bizə xəbərdarlıq edir", - S.Qurbanov söylədi.

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol